SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

Dəyirmi masa zamanı mütaliə haqqında 16.07.2016-cı il tarixdə Gənclər kitabxanasında Gənclərin mütaliə vərdişlərinin tək-milləşdirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması və mütaliə həftəsi ilə əlaqədar “Miracle” Tədris və İnnovasiyalar mərkəzi ilə birgə “Mütaliə və müasir gənclik” adlı dəyirmi masa keçirilmişdir.maraqlı mövzular- ”Müasir gənclik niyə kitab oxumur?”, “Kitab oxumaq , “Mütaliə insana nə verir?” , “Mütaliə hafizəni gücləndirirmi?” , “Biz niyə bədii ədəbiyyatlar oxumalıyıq?” əsasında fikir mübadiləsi aparmışlar. Tədbiri giriş sözü ilə kitabxananın müdiri S. Eminova açaraq qeyd etmişdir ki, kitabla qazanılan bilik, savad elə böyük sərvətdir ki, onu insanın əlindən heç vaxt, heç kəs ala bilməz. Bugünkü tədbirin də əsas məqsədi budur ki, biz gəncləri kitablara, kitabxanalara yönəldək. Bununla həm onların, həm də dövlətimizin etibarlı gələcəyini təmin edə bilərik. Mən inanıram ki, yaxın gələcəkdə Azərbaycanda kitabxanalar ən müasir tələblər səviyyəsinə gəlib çatacaq və ölkədə kitab mütaliəsinə olan maraq da əvvəlki kimi yüksək səviyyəyə qalxacaq Bunu Azərbaycan xalqının və dövlətinin milli maraqları tələb edir. Dəyirmi masada “Miracle” Tədris və İnnovasiyalar mərkəzinin müdiri Tağıyeva Vüsalə, Sumqayıt Dövlət Gömrük İdarəsinin əməliyyatçısı Abbasov Lətif, Az.terminalın işçisi Vəliyev Sadıq, 2 saylı ərazi vergi Departamentunin hüquqşünası Nahid Tağıyev, tələbə-lərdən Hüseynov İlqar, Qarayev Vüsal, Allahverdi Nemət və başqaları müasir informa-siya bolluğu dövründə kitaba, mütaliəyə marağın artırılması, habelə kitabxanaların işinin yeni dövrün tələbləri səviyyəsində qurulması kimi aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparmış, təhsil orqanlarının, ziyalıların, valideynlərin diqqətini bu mühüm məsələyə cəlb etməyin vacibliyini vurğulamışlar.Ümumi fikir bundan ibarət oldu ki, bəzi çətinliklərə, problemlərə rəğmən, respublikada kitabxana işinin müasirləşdirilməsi istiqamətində uğurlu addımlar atılır. Həyata keçirilən tədbirlər nəticəsində kitabxanaların infrastrukturunun və kitab fondunun yenilənməsi gənc nəslin mütaliəyə olan marağını daha da gücləndirəcək, beləliklə, kitab əsas bilik mənbəyi kimi üstün mövqeyini daim qoruyub saxlayacaqdır.