SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

06.06.2016-cı ildə S.Vurğun adına Mərkəzi Kitabxanada 18 İyun-İnsan Hüquqları Günü ilə əlaqədar “İnsan hüquqlarının təminatı dövlətin əsas meyarıdır” adlı dəyirmi masa keçirildi. Tədbirdə kitabxananın oxucuları və 5 saylı məktəbin şagirdləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı”ndan bəhs etdi, vurğuladı ki, bu aylıq çərçivəsində keçirilən bu günkü tədbir insanların hüquq mədəniyyətinin daha da inkişaf etdirilməsinə, hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə kömək edəcəkdir. Sonra Mərkəzi Kitabxananın əməkdaşı Aydan Əliyeva bu günün respublikamızda tarixi haqqında qısa olaraq məlumat verdi. Daha sonra Qanunun Aliliyi Hüquq Resurs Mərkəzinin hüquqşünası Ruslan Mustafayev çıxış edərək iştirakçıları hüquqi biliklərlə məlumatlandırmaqla yanaşı onların hüquqa dair suallarını da cavablandırdı. Sonda MKS-in direktoru Yeganə Əhmədova bütün iştirakçılara öz təşəkkürünü bildirdi.