SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

01.06.2016-cı il tarixdə Sumqayıt Dövlət Rəsm Qalereyasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-bədii gecə keçirildi. Nizami Gəncəvi adına kitabxana klubun nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin rəsmlərindən ibarət sərgi nümayış etdirilmişdir. "Uşaq ədəbiyyatı rəssam balaların gözü ilə” adı altında keçirilən sərgidə 30-a yaxın əl işlərindən ibarət rəsmlər nümayiş olunub. Sərginin keçirilməsində məqsəd istedadlı uşaqların üzə çxarılması və tanıdılmasıdır. Tədbirə qatılan Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov sərgi ilə yaxından tanış olub. O, çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib. Balaca istedadların əl işlərini yüksək qiymətləndirən idarə rəisi belə tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb. "Uşaqlar gülərsə dünyamız gülər” deyən Mehman Şükürov körpə fidanlara xoş arzularını çatdırıb, yaradıcılıq uğurları arzulayıb. Tədbirdə çıxış edən Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova da balacaları təbrik edib, qalereyanın qapılarının hər zaman onların üzünə açıq olduqunu bildirib.Tədbirdə S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucularının nümayiş etdirdiyi kompozisiyalar, Mərkəzi Uşaq Kitabxanasının oxucularının ifasında səslənən şeirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. C.Cabbarlı adına mədəniyyət evinin solisti Pənah Məmmədovun ifasında şən mahnılar, "Turan” rəqs qrupunun ifasında milli rəqslər tədbiri daha da rövnəqləndirib, sehirbaz İntizab Bayramovun illüziya nömrələri balacaların böyük marağına səbəb olub. Tədbirin sonunda uşaqlar Mərkəzi Uşaq Kitabxanası tərəfindən təşkil olunan sərgi ilə yaxından tanış olublar. Sərgidə uşaq şairlərinin yaradıcılığını əks etdirən ədəbiyyatlar nümayiş olunub.