SumgaitLibrary

+994 186520087


Görüş

02.03.2020-ci il tarixdə S.Vurğun adına Mərkəzi kitabxanada asudə vaxtın səmərəli təşkili məqsədilə oxucularla “Könüllü kitab oxuma” adlı görüş keçirildi. Tədbirdə MKS-nin əməkdaşları, kitabxananın oxucuları, könüllüləri, 10 nömrəli Sumqayıt Peşə liseyinin tələbələri iştirak etdi.Tədbirin əvvəlində Mərkəzi kitabxananın Abonement bölməsinin müdiri Zemfira Mirzəyeva tədbirin mahiyyəti, kitabxananın tarixi haqqında qısa məlumat verməklə oxuculara asudə vaxtlarını düzgün dəyərləndirməyi, kitab oxumağı tövsiyə etdi. Tədbirdə kitabxananın fəaliyyətini əks etdirən film nümayiş etdirildi. İnformasiya-resurs şöbəsinin müdiri Bahar Əhmədova kitabxananın sumlib.az saytı haqqında məlumat verdi. Kitabxana könüllülərindən Fənar Əliyeva “Kitab oxumağa necə başlamalı, hansı seçimləri etməli?!”, “Kitabın faydaları (nitqə, psixologiyaya, beynə və s.), Şəbnəm Rəhimova “Dünyadakı kitabxanalar”, “Kitablara necə vaxt ayırmalı?” mövzular ətrafında çıxış etdilər, maraqlı faktları oxucuların diqqətinə çatdırdılar. Vurğuladılar ki, düzgün kitab oxumaqla insan tədricən dünyagörüşünü formalaşdırır, dünyaya baxışını genişləndirir və dərinləşdirir, təfəkkürünü inkişaf etdirir, düşünmək və analiz etmək bacarığını artırır.Tədbirdə kitabxananın əməkdaşları oxuculara mütaliə ilə əlaqədar öz tövsiyələrinin verməklə yanaşı vurğuladılar ki, hər gün az miqdarda aldığınız bilgi gün gələcək tam bilgiyə cevriləcək. 10 nömrəli peşə liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Elmira Qənbərova kitabxananın əməkdaşlarına təşəkkür edərək kitabxana ilə əlaqələrinin davamlı olacağını vurğuladı. Sonda tələbələr kitabxananın fondu ilə tanış oldular və 10 nömrəli Sumqayıt Peşə liseyinə səyyar kitabxana xidmətinin təşkil edilməsi nəzərdə tutuldu.