SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

28.02.2020-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Sumqayıt hadisələrinin ildönümü ilə əlaqədar “Qanlı faciənin salnaməsi” adlı informasiya saatı keçirilmişdir. Multimedia mütəxəssisi Qurbanova Şeyda Sumqayıt hadisələri haqqında oxuculara ətraflı məlumat verərək bildirmişdir ki, bu gün Sumqayıt hadisələrindən 32 il ötür. Sumqayıt hadisələri erməni millətçiləri tərəfindən təşkil edilib. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Bu hadisələr nəticəsində 32 nəfər öldürülmüşdü ki, onlardan da 26 nəfəri erməni idi. Ümumiyyətlə talanlar zamanı 400 nəfərdən çox adam xəsarət almış, 200-dən çox mənzil qarət edilmiş, 50-yə yaxın mədəni-məişət obyekti dağıdılmışdı. Ermənilər isə dünya ictimaiyyətinə yalan məlumat verərək 500 nəfər erməninin öldürüldüyünü iddia edirdilər. Bu işin qabaqcadan planlaşdırıldığı bir də ondan görünürdü ki, ermənilər hadisədən bir neçə gün keçmiş, tələm-tələsik Xankəndində "Sumqayıt genosidi" abidəsini ucaltmışdılar.