SumgaitLibrary

+994 186520087


Mühazirə

27.02.2020-ci il tarixində Gənclər Kitabxanasının təşkilatçılığı ilə Laçın rayon 5 saylı tam orta məktəbdə Sumqayıtda ermənilər tərəfindən törədilmiş hadisələrin 32-cu ildönümü ilə əlaqədar “Erməni təxribatının Sumqayıt ssenarisi” adlı mühazirə keçirilmişdir. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Böyük mütəxəssis Bağırova Rəhilə tədbirin keçirilmə məqsədindən, Sumqayıtda törədilmiş hadisələri doğuran səbəblərdən, bu hadisələrin əvvəlcədən planlaşdırılaraq məqsədli şəkildə törədildiyindən danışıb. Eyni zamanda o, bildirib ki, Sumqayıt hadisələri ermənilərin Azərbaycana qarşı separtçı və təcavüzkar siyasətinin istinad nöqtəsi olmuşdur. Bu gün Azərbaycan xalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayan R.Bağırova bu işdə cəmiyyətin hər bir fərdinin xüsusilə də gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib. Sumqayıt hadisələrinin keçmiş Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun dəstəyilə ermənilər tərəfindən xüsusi ssenari üzrə törədildiyi nəzərə çatdırılmışdır. Sumqayıtda törədilən hadisələrin ermənilərin “Böyük Ermənistan” adlı məkrli və zəncirvari planının bir həlqəsi olduğu vurğulanıb.