SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

27.02.2020-ci il tarixində Mərkəzi Uşaq Kitabxanası 5 nömrəli tam orta məktəbdə 11b sinif şagirdlərinin iştirakı ilə 1988-ci ilin fevralında Sumqayıtda ermənilər tərəfindən törədilmiş hadisələrin 32-ci ildönümünə həsr olunmuş “Sumqayıt hadisələri haqqında həqiqətlər” adlı dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə açan 5saylı tam orta məktəbin kitabxana müdiri Şirin abdullayeva bildirdi ki, erməni faşistləri nə dərəcədə amansız qatil olduqlarını Sumqayıt hadisələrində aydın göstərdilər. Onlar öz bəd niyyətlərinə çatmaq üçün hətta öz soydaşlarının qanını tökməkdən belə çəkinmədilər. Törədilən talan və amansız qətl hadisələrinin ssenarisini hazırlayıb axıradək icra edən erməni cəlladları bütün bu cinayətlərdə həyasızcasına başqalarını ittiham edirdilər. Məqsədləri də aydın idi: ərazilərimizi işğal edən, Xocalı soyqırımını törədən erməni qatilləri Sumqayıt hadisələri ilə faşıst mahiyyətlərini gizlətməyə, ağır cinayətlərini ört-basdır etməyə çalışırdılar. Sumqayıt hadisələrinin əsl mahiyyəti və baş vermə səbəbləri haqqında ətraflı danışan kitabxananın multimedia mütəxəssisi Qənimyə Baqişova Sumqayıtda törədilən hadisələrin ermənilərin "Böyük Ermənistan” adlı məkrli planının bir hissəsi, Qarabağın işğalının başlanğıcı olduğunu bildirdi. O, çıxışını Sumqayıt hadisələrindən bəhs edən kitabların icmalı ilə yekunlaşdırdı. Millətçi-separatçı erməni ideoloqlarını ifşa etmək və Sumqayıt həqiqətlərini geniş ictimaiyyətə çatdırmaq məqsədi ilə yazılmış “Sumqayıt: milli əsarət, ya milli səxavət?”, İsmayılovun “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” tarixi-didaktik əsəri, Eyruz Məmmədovun “28-dən 29-na keçən gecə” sənədli publisistik kitabı və həmin sənədli əsərin Azərbaycan, rus və ingilis dillərində olan qısaldılmış variantı olan “Erməni təxribatı(Sumqayıt, fevral, 1988-ci il):Faktlar və mülahizələr “ adlı kitablar haqqında ətraflı şəkildə danışan Qənimyə Baqişova bildirdi ki, kitabda Sumqayıtda törədilmiş 1988-ci il fevral hadisələrindən mümkün qədər çox bəhrələnmək, dünya ictimaiyyəti nəzərində azərbaycanlıların zalım, qəddar, qaniçən, barbar obrazını yaratmaq və guya bu səbəbdən də onlarla birgə yaşamağın qeyri-mümkünlüyü haqqında fikir formalaşdırmaq məqsədi güdən erməni millətçiləri faktlarla ifşa olunur. Sonra 5 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Salam İsmayılzadə, tarix müəlliməsi Gülsəfa Hüseynəliyeva, biologiya müəllimi Əliyeva Arzu, dil-ədəbiyyat müəllimi Gültac Məmmədova Sumqayıt hadisələri haqqında xatirələrindən bəhs edərək bildirdilər ki, erməni faşistləri nə dərəcədə amansız qatil olduqlarını Sumqayıt hadisələrində aydın göstərdilər. Onlar öz bəd niyyətlərinə çatmaq üçün hətta öz soydaşlarının qanını tökməkdən belə çəkinmədilər. Törədilən talan və amansız qətl hadisələrinin ssenarisini hazırlayıb axıradək icra edən erməni cəlladları bütün bu cinayətlərdə həyasızcasına başqalarını ittiham edirdilər. Məqsədləri də aydın idi: Sumqayıt hadisələri ilə faşist niyyətlərini gizlətməyə, ağır cinayətlərini ört-basdır etməyə çalışırdılar. Sonda tədbir iştirakçıları Sumqayıt hadisələrindən bəhs edən “Sumqayıt 1988, Sovet İmperiyasının gizlinləri” adlı sənədli filmi izlədilər.