SumgaitLibrary

+994 186520087


Anım tədbiri

25.02.2020-ci il tarixində Mərkəzi Uşaq Kitabxanası Qara Qarayev adına 1nömrəli musiqi məktəbində insanlıq tarixinin amansız qətliamlarından biri olan Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş “İnsanlığa qarşı törədilmiş bəşəri cinayət” adlı anım tədbirində məruzə ilə çıxış etdi. Tədbir Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Mərkəzi Uşaq Kitabxanasının multimedia mütəxəssisi Leyla Mahmudova məruzə edərək bildirdi ki, Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilmiş bir cinayətdir. Eləcə də ermənilərin xalqımıza qarşı törətdiyi digər dəhşətli qətliamlardan bəhs edərək bu faciənin erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamı olduğunu bildirərək “Xocalı qan yaddaşımızdır” adlı ədəbiyyat guşəsində nümayiş etdirilən kitablarla iştirakçıları tanış etdi. Sonra sagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş bayatı və şeirlərdən ibarət hazırlanmış “Xocalı bir millətin deyil, insanlığın faciəsidir” adlı kompozisiya təqdim olundu, Xocalı həqiqətlərindən, faciənin ürək göynədən görüntülərindən bəhs edən videoçarx izlənildi. Sonda çıxış edən Qara Qarayev adına 1nömrəli musiqi məktəbinin müəlliməsi Rayifə İsmayılova şagirdlərə tariximizi, qan yaddaşımızı aşılamaq, vətənpərvərlik hisslərini oyatmaq, Xocalı hadisələri barədə daha dolğun məlumat formalaşdırmaq məqsədilə keçirilən tədbirin əhəmiyyətindən danışdı, məktəbin rəhbərliyi adından tədbirin təşkilindəki köməkliyə görə Mərkəzi Uşaq Kitabxanasının əməkdaşlarına öz dərin təşəkkürünü bildirdi.