SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii kompozisiya

25.02.2020-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda AYB-nin Sumqayıt bölməsi ilə birgə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Tablolarda tarixləşən faciə“ adlı ədəbi bədii kompozisiya keçirilmişdir. Tədbirdə 28 saylı tam orta məktəbin 6 b sinifinin şagirdləri və kitabxananın fəal oxucuları iştirak etmişlər. Tədbiri AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin açaraq Xocalı faciəsi haqqında geniş və ətraflı məlumat verdi. Sonra söz böyük kitabxanaçı Lazımova Bəturəyə verildi.O da bu faciə haqqında danışdı və faciəni əks etdirən “Xocalı-qan yaddaşımız” adlı sərginin xülasəsini verdi. Tədbirdə Ayzer Böyükərin ifasında şair Sabir Sarvanın “Qarabağlı uşaq” və Məmməd İlqarın “Vətən başın sağ olsun” şeirləri videoçarx vasitəsi ilə izlənildi. Oxuculardan Şədiyeva Nərmin, Abdullazadə Şəms, Alışova Alidə, Rzayeva Mədinə, Bayramlı Nigar,Hüseynzadə Zəhra, Piriyev Fərid, Hətəmli Türkan , Abdurzaqova Zərifə Xocalıya aid şeirlər söylədilər. Sonra oxucular “Şəhidlər” mahnısını ifa etdilər. Sonda N.Gəncəvi adına Kitabxana Klubun müdiri Babayeva Zərnigar xanım öz sözlərini dedi və iştirakçılara təşəkkürünü bildirdi. Tədbir hamının marağına səbəb oldu.