SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

25.02.2020-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxana 5 nömrəli tam orta məktəbdə “Xocalı faciəsi-28 il, Sumqayıt həqiqətləri” adlı dəyirmi masa keçirdi.Tədbirin əvvəlində Xocalıda faciəli surətdə həlak olanların və Sumqayıt hadisələrinin qurbanları olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Mərkəzi kitabxananın abonement bolməsinin müdiri Zemfira Mirzəyeva vurğuladı ki, Xocalı faciəsi Azərbaycan tarixinin ən dəhşətli, Sumqayit hadisələri isə faciəli səhifələrindən birini təşkil edir. Tədbirdə 5 nömrəli tam orta məktəbin tarix müəllimi Gülnar Məcidova Xocalı faciəsi haqqında geniş məlumat verərək vurğuladı ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Daha sonra məktəblilər Xocalı faciəsinə həsr edilmiş kompozisiya ifa etdilər və səhnəcik nümayiş etdirdilər. Tədbirdə eləcə də Sumqayıt hadısələrinin tədqiqatçısı, Respublikanın əməkdar yurnalisti, yazıçı-publisist Eyruz Məmmədov cıxış edərək Sumqayıt hadisələri haqqında həqiqətləri və maraqlı faktları iştirakçıların nəzərinə çatdırdı. Sonda Mərkəzi kitabxananın multimedia mütəxəssisi Müjgan Rəsulzadə “Xocalı faciəsi- unudulmayan tarix” adlı sərgidən biblioqrafik xülasə verdi. O vurğuladı ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar tanıyıb.