SumgaitLibrary

+994 186520087


Xatirə gecəsi

25.02.2020-ci il tarixində Gənclər kitabxanasında 16 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Insanlıq tarixinin ən dəhşətli terror aktı” adlı xatirə gecəsi keçirilmişdir. Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Sona Eminova ermənilərin iki əsrdən artıqdır ki, həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasətinin faciəli nəticələrindən, Xocalıda əliyalın dinc insanlara qarşı qanlı terror aktını sübut edən çoxsaylı faktlardan, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin genişmiqyaslı fəaliyyətindən söhbət açıb. Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının bu istiqamətdə çox uğurlu işlərindən bəhs etmişdir. Aparıcılar Xocalı hadisələrini faktlarla, həmin faciə iştirakcılarının bədii dili ilə bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Dərin kədər hissi ilə müşayiət olunan tədbirdə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş ədəbi- bədii kompozisiya nümayiş etdirildi, Xocalıya aid şeirlər səsləndi. 16 saylı tam orta məktəbin müəllimi Cəmilə Quliyeva gəncləri ərazi bütövlüyümüzün bərpa edilməsi və torpaqlarımızın erməni işğalından azad olunması naminə sıx birliyə, həmrəyliyə, sosial şəbəkələrdə fəallıqlarını daha da genişləndirməyə çağırıb. Tədbirin sonunda “Xocalı” haqqında videoçarx nümayiş etdirildi. Kitabxana müdiri bu tədbirlərin Xocalı soyqırımının yüksək səviyyədə təbliğatı olduğunu bildirərək tökülən qanların, axıdılan göz yaşlarının yerdə qalmayacağını və tezliklə işğal altında olan Qarabağımızın geri qaytarılacağını əminliklə vurğuladı. Sonda Vahid Fondun İstifadəsi şöbəsinin kitabxanaçısı Əhədova Rəhilə Xocalı faciəsinə həsr edilmiş sərgidən xülasə verdi.