SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii kompozisiya

25.02.2020-ci il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi Xocalı faciəsi və Sumqayıt hadisələrinin ildönümləri ilə əlaqədar “Fevral gecələrindən asılmış dərd beşiyi” adlı ədəbi-bədii kompozisiya keçirmişdir. Tədbir 5 nömrəli məktəbin 4-cü sinfində keçirildi. Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova şagirdlərə Azərbaycan xalqının həyatına, tarixinə qanla yazılmış ən müdhiş səhifələrindən biri Xocalı faciəsi və 1988-ci ilin fevral ayında Sumqayıtda erməni ekstremistlərinin törətdiyi qanlı aksiyadan bəhs etdi. Sonra şagirdlər Xocalı faciəsinə həsr edilmiş şeirlərdən ibarət ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Tədbirdə şagirdlərə “Fevral gecələrindən asılmış dərd beşiyi” adı altında sərgi nümayiş etdirildi.