SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

21.02.2020-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 18 nömrəli tam orta məktəbin altıncı sinif şagirdlərinin iştirakı ilə 21 fevral Beynəlxalq Ana Dili günü münasibətilə “Dilim zəngin xəzinəmdir” adlı ədəbi-bədii gecə keçirildi. Tədbiri giriş sözü ilə açan MUK-un multimedia mütəxəssi Səbinə Qasımova Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, təsis olunma tarixindən, ulu öndər Heydər Əliyevin apardığı ardıcıl və məqsədyönlü dil siyasətindən, Azərbaycan dilinin qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərdən, ölkə başçısı İlham Əliyevin ana dilimizin qorunması, inkişaf etdirilməsi, öyrənilməsi sahəsində atdığı mühüm addımlardan danışdı. Daha sonra ana dilimiz, onun mənşəyi haqqında çıxış edən 18 nömrəli tam orta məktəbin ictimai işlər üzrə direktor müavini Könül Allahverdiyeva qeyd etdi ki, dilimizi qorumaqla zəngin tariximizi, milli mənliyimizi, kimliyimizi, mənəviyyatımızı qorumuş oluruq. Unutmayaq ki, xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. Çıxışlardan sonra tədbir məktəblilərin hazırladıqları musiqi nömrələri, səsləndirdikləri şeirlərlə davam etdi. Bədii hissə mövzu ilə əlaqədar slaydların, videoçarxın nümayişi ilə müşayət olundu.