SumgaitLibrary

+994 186520087


Anım günü

21.02.2020-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda Xocalı faciəsinə həsr olunmuş “Tarix unutmayacaqdır” adlı anım günü keçirildi. Tədbir Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi ilə birgə keçirilmişdir. Tədbirdə Sumqayıt şəhər 1,14, 36, 5 saylı Zəngilan və Təfəkkür litseyinin şagirdləri iştirak edirblər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən və şəhidlərin ruhu yad edildikdən sonra tədbiri açıq elan edən kitabxananın müdiri Ofelya Qafarova Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən ge-cə Ermənistansilahlı qüvvələri Azərbaycanın Xankəndi şəhərində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etməklə azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Bu faciə Azərbaycan xalqına qarşı dəhşətli soyqırımıdır.Tarixçi-araşdırmaçı Anar Hüseynov çıxış edərək bildirib ki, bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yara-lanan 487 nəfərdən 76-sı uşaq olmuşdur. 1275 xocalılı əsir, 150 insan itkin düşmüşdür. Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova çıxış edərək bioldirmişdir ki, 1994-cü ildən Azərbaycan hökuməti və parlamenti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüşdür. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi, siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim milli, insanlıq və vətəndaşlıq borcumuzdur. Sonda şagirdlərin ifasında Xoxalı faciəsinə həsr olunmuş şeirlər dinlənildi.