SumgaitLibrary

+994 186520087


Şeir dəqiqələri

21.02.2020-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Ana dilim şirindir”adlı şeir müsabiqəsi keçirilmişdir.Kitabxana Klubun müdiri Zərnigar Babayeva tədbiri açaraq iştirakçıları salamladı və müsabiqə iştirakçılarına uğurlar arzuladı. Kitabxananın multimedia mütəxəssisi Hacıyeva Mətanət Beynəlxalq Ana Dili Günü haqqında iştirakçılara geniş məlumat verdi.Müsabiqədə 28 saylı tam orta məktəbin şagirdləri,kitabxanamızın fəal oxucuları və Dünya məktəbinin şagirdləri iştirak etmişlər. Müsabiqədə 9 oxucu Ana dilinə həsr olunmuş şeirləri söylədilər. Müsabiqə iştirakçılarından Məmmədli Zəhra, Nagızadə Səid, Səlimli Elməddin, Baxışlı Günel, Novruzova Leyla, Qılıncova Fatimə, Aslanova Cəmilə, Qədimova Aytac, Hüseynova Firuzə, Bayramova Şəbnəm Bəxtiyar Vahabzadənin “Mənim ana dilim”, Məmməd Aslanın “Mənim dilim –qibləgahım”, Tofiq Bayramın “ Ana dilim”, Nəbi Xəzrinin “Ana Dilim”, Zəlimxan Yaqubun “Dilim” şeirlərini söylədilər. Münsiflər heyətində AYB-nin Sumqayıt şöbəsinin sədri Gülnarə Cəmaləddin ,KK-un müdiri Zərnigar Babayeva və Dünya məktəbinin müəllimi Könül xanım müsabiqə iştirakçılarının qalibləri : Bayramova Şəbnəm,Səlimli Elməddin ,Nağızadə Səidi Fəxri Fərmanla, qalan iştirakçıları isə həvəsləndirici hədiyyələrlə mükafatlandırdılar.