SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

21.02.2020-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsi 15 saylı orta məktəbdə Beynəlxalq Ana dili günü ilə əlaqədar “Mənim Qorqud dilim, Ələsgər dilim” adlı poeziya dəqiqələri keçirdi.Tədbir 15 nömrəli məktəbin 2-ci sinfində keçirildi.Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova şagirdlərə 21 fevral – Beynəlxalq ana dili günü haqqında geniş məlumat verərək Azərbaycan dilinin dərin tarixi köklərindən, məna dolğunluğundan, estetik gözəlliklərindən, xalqın həyatı və klassik ədəbiyyatımızla vəhdət təşkil edən xüsusiyyətlərindən bəhs edərək bildirdi ki, dil insan ağlının qüdrətli silahı, insan həyatının böyük neməti və tükənməz mədəniyyət xəzinəsidir.