SumgaitLibrary

+994 186520087


Görüş

17.02.2020-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasında 12 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə 17 fevral Təmənnasız Xeyirxahlıq İfadəsi Günü və “Könüllülər ili” çərçivəsində ölkəmizdə geniş vüsət almış, gənclərimizin həyat tərzinə çevrilmiş könüllülər hərəkatında fəal iştirak edən Sumqayıt şəhər “ASAN xidmət" mərkəzinin bir qrup könüllüləri ilə “1 gənc, 1 hekayə, 1 uğur” adlı görüş keçirildi. Tədbirdə kitabxananın böyük mütəxəssisi Leyla Mahmudova gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı üçün səmərəli istifadə etmək məqsədilə Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan etməsinin əhəmiyyəti haqqında danışaraq bu ilin gənclərə göstərilən yüksək etimadın növbəti təzahürü olduğunu vurğuladı. Daha sonra o, istedadlı gənclərin dəstəklənməsində, onların innovativ potensiallarının və bacarıqlarının üzə çıxarılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mühüm fəaliyyəti, "ASAN xidmət"dən başlanan könüllülər hərəkatının xüsusi əhəmiyyəti haqqında məlumat verdi. Sonra tədbir iştirakçıları könüllülük hərakatına məqsədə çatmaq vasitəsi kimi deyil, cəmiyyətə fayda gətirmək məqsədilə qoşulan "ASAN xidmət" könüllülərindən “Həyat yolunu mütaliə edərək işıqlandır” layihəsinin rəhbəri Dünyaxanım Əmirovanın, Vüsal Məmmədovun, Natiq Dünyamalıyevin, Sərvan Allahverdiyevin, Səidə Novruzovanın, Gövhər Qənbərovanın, Günay Osmanlının, Nərmin Əmiraslanovanın innovativ ideya və təkliflərini, uğur hekayələrini dinlədilər. Son olaraq gənclər dövlətimizin başçısının rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafı naminə sədaqətlə və əzmkarlıqla çalışacaqlarını, görülən işlərdə fəal mövqe tutacaqlarını bildirdilər. Tədbirdə Azərbaycanın ev sahibliyi etdiyi Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1" yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərdə könüllülərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.