SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

14.01.2020-ci ildə S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsi 5 nömrəli məktəbdə general-mayor Həzi Aslanovun 110 illiyi ilə əlaqədar “Əfsanəvi general” adlı informasiya saatı keçirdi. Tədbir 5 nömrəli məktəbin 4-cü sinfində keçirildi.Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova şagirdlərə Sovet İttifaqı Qəhrəmanı, istedadlı komandan, Böyük Vətən Müharibəsində Volqadan Baltikədək döyüş yolu keçən görkəmli sərkərdə, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və fəaliyyəti haqqında geniş məlumat verdi.Sonra uşaqlara Böyük Vətən Müharibəsi illərindən və Həzi Aslanovdan bəhs edən filmlərlə bağlı suallar ünvanladı.Onlar sualların cavablandırılmasında fəallıq göstərdilər. Tədbirdə “Əfsanəvi general” adlı sərgi nümayiş etdirildi.