SumgaitLibrary

+994 186520087


Ekskursiya

14.01.2020-ci il tarixində Mərkəzi Uşaq Kitabxanasına Verbal Tədris Mərkəzinin erkən inkişaf qrupunun şagirdləri, müəllim və valideyn heyəti tərəfindən ekskursiya edildi. Kitabxananın xüsusi dekorasiya ilə bəzədilmiş oxu zalında multimedia mütəxəssisi Səbinə Qasımova balacaları kitabxananın xidmət zalları, kitabxanaya üzv olma qaydaları ilə tanış etdi, onlara kitabın insan həyatında böyük əhəmiyyət kəsb etdiyi məqamlar haqqında, daimi sərgilər, xüsusulə uşaq ədəbiyyatının gözəl nümunələrindən ibarət təşkil edilmiş “Nağıllardan həyata açılan qapı” və “Uşaqların dili ilə danışaq” adlı sərgi haqqında ətraflı məlumat verdi. Tədbirin balaca iştirakçıları şeirlər söylədilər, tapmacaları cavablandırdılar. Tədbir iştirakçılarına kitabxana əməkdaşları tərəfindən A.Şaiqin “Tıq-tıq xanım” və “Qoğal” rus nağılları əsasında hazırlanmış kukla tamaşası təqdim edildi. Kitabxana ekskursiyaya gələn hər bir uşağın böyük marağına səbəb oldu. Sonda Verbal Tədris Mərkəzinin müəlliməsi Leyla Qasımova maraqlı və yaddaqalan tanışlığa görə kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirdi.