SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

14.01.2020- ci il tarixində Kitabxana Klubda 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə multimedia mütəxəssisi Qurbanova Şeyda qeyd edib ki,SSRİ-nin ermənipərəst rəhbərliyinin Azərbaycan xalqına qarşı məkirli siyasəti nəticəsində 20 Yanvar faciəsinin törədildiyini bildirib. 34 nömrəli məktəbin şagirdləri kitabxananın fəal oxucuları dəyirmi masa ətrafında mövzu ilə əlaqədar geniş müzakirələr aparmış, həmin günün Azərbaycan xalqının tarixinə tək faciə kimi yox həm də qəhrəmanlıq zirvəsi kimi yazıldığını qeyd etmişlər. Sonda Kərimova Dilbər ”20 Yanvar-qanlı yanvar” başlıqlı sərgidən biblioqrafiq xülasə vermişdir.