SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

13.01.2020-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsi 5 nömrəli məktəbdə Ümumdünya Uşaq İxtirası günü ilə əlaqədar “Uğurun ilk addımları” adlı informasiya saatı keçirmişdir. Tədbir 5 nömrəli məktəbin 4-cü sinfində keçirildi.Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova şagirdlərə əlamətdar günlə bağlı məlumat verərək bildirdi ki, dünya sivilizasiyasının bütün tarixi boyu insan hər zaman nələrisə ixtira etmişdir. Lakin bəzi ixtiraçılar buna erkən yaşlardan başlamışlar. Həm də bu onlarda çox gözəl, çox parlaq alınıb. Məhz belə balaca ixtiraçıların şərəfinə də hər il yanvarın 17-də Beynəlxalq Uşaq İxtirası Günü qeyd olunur.