SumgaitLibrary

+994 186520087


Kitab saatı

13.01.2020-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Azərbaycan əsilli fransız yazıçısı Baninin (Ümmülbanu Əsədullayeva) anadan olmasının 115 illiyi ilə əlaqədar “Qafqaz günləri” kitabı üzrə maraqlı kitab saatı keçirilmişdir. Tədbiri böyük kitabxanaçı Ağakişiyeva Dilarə açaraq qeyd etdi ki, Ümmülbanu Bakı milyonçuları Musa Nağıyev və Şəmsi Əsədullayevin nəvəsidir.Sonra Kitabxana Klubun fəal oxucusu Ağayeva Əfsanə könüllü olaraq tədbirə aparıcılıq edərək əsərin ümumi mövzusunu oxuculara xatırlatmış, əsrimizin əvvəllərində Bakıda yaşayan yüksək təbəqələrin həyat tərzi, sadə əhalinin vəziyyəti, 20 ci illərə qədər tariximiz, milli mədəniyyətimiz, adət ənənələrimiz haqqında oxuculara geniş məlumat vermışdir.Qeyd olundu ki, əsərin süjet xətti faktlar əsasında qurulmuşdur.Müəllif xaricdə yaşasa da onun ürəyi vətən həsrəti ilə döyünmüş, Azərbaycanda baş verən hər bir hadisəni diqqətlə izləmişdir.Məhz buna görə də maraqlı bir əsər ortaya cıxmışdır.