SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

08.01.2020-ci il tarixində Gənclər Kitabxanasının təşkilatçılığı ilə 16 saylı tam orta məktəbdə Prezident İlham Əliyevin xalq artisti, Dövlət mükafatları laureatı Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə “Səhnəmizin sönməyən əfsanəsi” adlı informasiya saatı keçirilmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə Leyla Bədirbəylinin həyat və yaradıcılığına nəzər salıb. O bildirib ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 33 il fəaliyyət göstərən Leyla Bədirbəylinin milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb. Əlbəttə, kino sahəsindəki xidmətləri də danılmazdır. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, yaddaqalan obrazlar yaradıb.1945-ci ildə istehsal olunmuş “Arşın mal alan” kinokomediyasında yaratdığı Gülçöhrə obrazı Leyla xanıma böyük şöhrət qazandırıb. Məhz bu filmdəki işinə görə o, 1946-cı ildə SSRİ Dövlət Mükafatına layiq görülüb”. R.Bağırova Leyla Bədirbəylinin yaratdığı təkrarsız obrazlarla öz adını Azərbaycan sənət tarixinə yazdırmağı bacaran sənətkarlardan olduğunu vurğulayıb.