SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

07.01.2020-ci il tarixində Gənclər Kitabxanasının təşkilatçılığı ilə 16 saylı tam orta məkəbdə Milli Qəhrəmanlar Mehdi Abışovun 60, Naiq Yusifovun 50 və Fəxrəddin Şahbazovun 70-ci ildönümləri ilə əlaqədar “Torpağı Vətən edənlər” adlı informasiya saatı keçirilmişdir. "Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində təşkil edilən tədbirdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səslənib.Multimediya mütəxəssisi S.Əbdürrəhmanova hər bir Milli Qəhrəmanın həyat və şərəfli döyüş yolu barədə ətraflı məlumat verib, O, bu kimi qəhrəmanların irsinin yaşadılmasının vacibliyini vurğulayıb, Tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirən, bu döyüşlərdə qəhrəmancasına həlak olan Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı, onların həyat və mübarizə yolunun tariximizə qızıl hərflərlə yazılmış vətənpərvərlik nümunələri olduğunu vurğulayıb. Azərbaycanın mütləq öz torpaqlarını işğaldan azad edəcəyi və böyük qələbə sevincini yaşayacağına əminliyini ifadə edən S.Əbdürrəhmanova bu kimi tədbirlərin xüsusilə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyət kəsb etdiyini, gənclərin orduya hazırlanmasında, hərbi peşələrə həvəsləndirilməsində və döyüşən oğullarımızın qəhrəmanlıq nümunələri əsasında yetişməsində mühüm önəm daşıdığını qeyd edib. Tədbirə tanınmış hərbçi-müğənni Şəmistan Əlizamanlının “Gözlə bizi, Qarabağ, gəlirik!” mahnısının sədaları altında yekun vurulub.