SumgaitLibrary

+994 186520087


Səhərcik

27.12.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi 43 nömrəli uşaq bağçasında “Yeni il sevinc gətirsin bizə” adlı səhərcik keçirdi. Tədbir 43 nömrəli uşaq bağçasının orta yaş qrupunun iştirakı ilə kitabxanamızın hazırladığı ssenari əsasında keçirildi.Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova bütün iştirakçıları qarşıdan gələn dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi.Sonra uşaqlar həmrəylik gününə və yeni ilə həsr olunmuş şeirlər söylədilər, sözləri Ənvər Əlibəyliyə, musiqisi isə Rauf Hacıyevə aid olan “Azərbaycanım” mahnısını xorla ifa etdilər. Sonra “Siçan və dovşan”, “Qırmızıpapaq”, “Yarasalar” nağılları əsasında hazırladıqları səhnəcikləri nümayiş etdirdilər.Şaxta baba və qar qızın gəlişi şənliyi daha da canlandırdı.Uşaqlar şaxta baba və qar qızla rəqs etdilər, qar qızın söylədiyi tapmacalara cavab verdilər, yanıltmaclar, lətifələr danışdılar, xorla “Qar dənəcikləri” və “Yeni il gəldi” mahnılarını ifa etdilər.Şaxta baba uşaqları hədiyyələrlə sevindirdi.Sonda 43 nömrəli uşaq bağçasının müdiri Əhmədova Mahirə xanım iştirakçıları bayram münasibətilə təbrik edərək onlara xoş arzularını bildirdi.