SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

19.12.2019-cu il tarixində Gənclər Kitabxanasında Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycanın xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin 110 və Azərbaycan SSR xalq rəssamı, iki dəfə Dövlət mükafatı, "Şöhrət" ordeni laureatı, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqqının üzvüKamil Nəcəfzadənin 90-cı ildönümləri ilə əlaqədar “Boyalarda yaşayan sənət” adlı informasiya saatı keçirilmişdir. Böyük mütəxəssis Bağırova Rəhilə hər iki sənətkarın mənalı ömür yolundan, özünəməxsus yaradıcılıq üslubundan, bənzərsiz sənətkarlığından danışmış, dahi fırça ustası S. Bəhlulzadənin sevə-sevə yaratdığı “Fətəli xan”, “Atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Yaşıl xalı”, “Xəzər üzərində axşam şəfəqləri”, “Bahar çiçəkləri”, “Cıdır düzü”, “Şuşa ətrafında” və digər onlarla əsəri onun Azərbaycan rəssamlıq məktəbinə bəxş etdiyi əvəzsiz töhfə olduğunu vurğulayıb.Qeyd etmişdir ki, S.Bəhlulzadə mənzərə və natürmortlarla yanaşı qrafik əsərlərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, eyni zamanda, Leyli və Məcnunun müxtəlif obrazlarını yaradıb.