SumgaitLibrary

+994 186520087


Nağıl saatı

19.12.2019-cu il tarixində Panda School Tədris Mərkəzinin “Ellin” filialının məktəbəqədər qrupunun iştirakı ilə tanınmış şair, tərcüməçi Məmməd Aslanın 80 illik yubileyi münasibətilə “Umsuq ayı” nağıl-poeması əsasında nağıl saatı keçirildi. Tədbirdə Məmməd Aslanın həyat və fəaliyyəti haqqında məlumat verərən kitabxananın böyük mütəxəssisi Nəzakət Əliyeva şairin yaradıcılığında Vətənə məhəbbət, yurd həsrəti, təbiət gözəllikləri və onların mühafizəsi, sözə olan böyük diqqət və ehtiramı xüsusilə vurğuladı. Sonra o, şairin uşaqlar üçün yaradıcılıq nümunəsi olan “Umsuq ayı” poemasını oxudu və nağılın məzmuna aid uşaqlarla sual-cavab apardı. Tədbiri şairin kiçik yaşlı uşaqlara həsr etdiyi şeirlərdən nümunələr söyləməklə davam etdirən balacalar sonda şairin öz ifasında səsləndirdiyi şeirinin video görüntüsünü izlədilər.