SumgaitLibrary

+994 186520087


Poeziya dəqiqələri

16.12.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsi şair Məmməd Aslanın 80 illiyi ilə əlaqədar 15 nömrəli məktəbdə “Ömrü söz uğrunda girov qoymuşam” adlı poeziya dəqiqələri keçirdi.Tədbir 15 nömrəli məktəbin 4-cü sinfində keçirildi. Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova şagirdlərə Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Məmməd Aslanın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Sonra şagirdlər şairin müxtəlif şeirlərini söylədilər.Tədbirdə şairin əsərlərindən ibarət sərgi nümayiş etdirildi.