SumgaitLibrary

+994 186520087


Məruzə

12.12.2019-cu il tarixində Gənclər Kitabxanasında 16 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədiyaşarlıq haqqı” adlı məruzə keçirilmişdir. Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib. Sonra kitabxananın müdiri Eminova Sona tədbiri açaraq, dünya şöhrətli şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib. Sonra “Heydər Əliyev- Dahi şəxsiyyət “ adlı sənədli film nümayiş olundu, Ağadadaş Ağayevin ifasında “Xalq Heydər söyləyəcək” mahnısı və Məleykə Əsədovanın ifasında “Heydər Əliyev” şeiri səsləndirilib. Tədbirin sonunda kitabxanaçı Quliyeva Cəmilə bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimizin əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdiyini vurğuladı.