SumgaitLibrary

+994 186520087


"Türk tarixinin böyük dövlət qurucusu”

11.12.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 18 nömrəli tam orta məktəbin yeddinci sinif şagirdlərinin iştirakı ilə ümummilli lider H.Əliyevin anım günü münasibətilə “Türk tarixinin böyük dövlət qurucusu” adlı tədbir keçirildi. Tədbirə ulu öndərin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanıldı. Ulu öndərin əziz və parlaq xatirəsini ehtiramla yad edərək tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova 2003-cü ildən etibarən hər il dekabrın 12-ni xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin istər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda anım günü kimi qeyd olunduğunu bildirdi. Sonra o, ümummilli liderin ibrətamiz həyatı və çoxsahəli fəaliyyəti haqqında məlumat verdi. Daha sonra çıxış edən 18 nömrəli məktəbin şagirdlərindən Sultanxanım Qocayeva, Natiq Baxşiyev, Aysel Abdullayeva və Çinarə Əhmədova dahi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən inşa yazılarını oxudular. Məktəbin müəlliməsi Alimə Mahmudova öz çıxışında müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə, məktəbin kitabxana müdiri Rəfiqə Cavadova isə dahi liderin elm və təhsil sahəsində böyük nailiyyətlərin əldə olunmasındakı müstəsna xidmətləri haqqında məlumat verdi. Sonra tədbir iştirakçıları məktəblilərin ifasında ulu öndərin xatirəsinə həsr edilmiş bədii kompozisiyanı dinlədilər. Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx, sənədli film nümayiş olundu.