SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ekskursiya
13.11.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinə 42 saylı məktəbin şagirdləri ekskursiya etdilər. Uşaq şöbəsinin böyük multimedia mütəxəssisi Zübeydə Məmmədova şagirdlərə kitabxananın fondu, kataloqu, kartotekası, oxu zalı və abonement şöbələri haqqında geniş məlumat verərək onları nağıl otağı, ulu öndər Heydər Əliyevlə bağlı “Xalqa bəxş edilmiş ömür”, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr edilmiş “Güclü lider-güclü dövlət”, vətənpərvərliyin təbliği ilə bağlı “İgidlər ölməz,Vətən bölünməz”, Sumqayıt şəhərinin 70 illiyi ilə əlaqədar “Yaşı ötdükcə cavanlaşan Sumqayıt”, İ.Nəsiminin 650 illiyi ilə “Nəsiminin sözü həqdir, həqqi bil”, C.Məmmədquluzadənin 150 illiyi ilə “Azərbaycan ədəbiyyatının güzgüsü”, C.Cabbarlının 120 illiyi ilə əlaqədar “Bu bir neçə söz yadigarım olsun”, oxucuların rəsm və əl işlərindən ibarət “Bizim rənglər dünyamız”, fondun təbliği ilə əlaqədar “Balalara hədiyyə”, “Fonda daxil olan ədəbiyyat”, nağıl disklərindən ibarət “Nağıllar aləminə səyahət” adlı sərgilərlə tanış etdi.