SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

13.11.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 20 oktyabr-20 noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi aylığı çərçivəsində “Uşaq hüquqları toxunulmazdır” başlıqlı dəyirmi masa keçirilmişdir. Multimedia mütəxəssisi Hacıyeva Mətanət tədbiri açaraq oxuculara uşaq hüquqları haqqında geniş və ətraflı məlumat verdi. Kitabxananın fəal oxucuları Mirzəli Nəsibə ”Yaşamaq” hüququ, Nəsirov İbrahim “İştirak”, Şirinova Fidan “İnkişaf”, Hüseynov Zakir “Müdafiə” hüququ haqqında məlumat verdi. Tədbirdə qonaq qismində İştirak edən 34 saylı məktəbin hüquq, tarix müəllimi, İnsan Hüquqları müdafiə komitəsinin nümayəndəsi Müslüm Əsədov uşaq hüquqları haqqında geniş və ətraflı məlumat verdi və oxucuların suallarını cavablandırdı. Sonra “Biz xoşbəxt uşaqlarıq” adlı sərginin xülasəsi verildi.