SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

08.11.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın oxu zalında “Zirvələrdə dalğalanan şanlı Bayrağım “ adlı ədəbi-bədii gecə keçirildi. Tədbir Azərbaycan Respub-likasının Dövlət Himninin sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayra-ğının gətirilməsi ilə başlandı.Tədbirin aparıcıları Rəsulzadə Müjgan və Məhəmmədova Sevda bayrağımızın tarixinə qısa bir nəzər saldılar. 38 saylı məktəbin tarix müəllimi Müşfiq Zülfüqarlının və Mərkəzi kitabxananın baş biblioqrafı Nazxanım Cəfərovanın çıxışları maraqla qarşılandı. 5 saylı məktəbin şagirdlərinin ifasında bayrağa həsr olunmuş şeirlər, mahnılar səsləndi. Xidmət şöbəsinin əməkdaşı Sima Həsənova “Bayrağım, varlığım, bəxtiyarlığım” adlı sərgidən xülasə verdi. Sonda Mərkəzi kitabxanın direktoru Əhmədova Yeganə xanım bayraq günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və öz təşəkkürünü bildirdi.