SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Görüş
08.11.2019-cu il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşəbbüsü, Heydər Əliyev Mərkəzinin və Şəhər Mədəniyyət Evini birgə təşkilatçılığı ilə Beynəlxalq uşaq hüquqlarının müdafiəsi aylığı çərçivəsində “Uşaqların qayğısına qalaq” adlı görüş keçirildi. Görüş Heydər Əliyev Mərkəzində 15, 25, 26 nömrəli məktəblərin müəllim və şagirdlərinin iştirakı ilə keçirildi.Tədbirin aparıcısı AYB-nin üzvü, yazıçı-ssenarist Hafiz İmamnəzərli qonaq qismində dəvət edilmiş Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İstimai Birliyinin rəhbəri Zemfira Mustafayevanı iştirakçılara təqdim etdi. Zemfira Mustafayeva şagirdlərə “Uşaq hüquqları Konvensiyası” və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu” ndan bəhs edərək bildirdi ki, uşaqların cəmiyyətdə müdafiə olunması,müstəqil həyata hazırlanması, yüksək keyfiyyətlər ruhunda tərbiyə alması kimi məsələlər müddəaların əsasını təşkil edir.Cəmiyyət özü uşaqlara məhəbbətlə yanaşmalı, onların qabiliyyətlərinin üzə çıxarılmasına şərait yaratmalıdır. Lakin uşaqlar da cəmiyyətdə davranış qaydalarına əməl etmək, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər vətəndaşların hüquq və mənafelərinə, öz xalqının və başqa xalqların ənənələrinə, mədəni sərvətlərinə hörmətlə yanaşmaq, tarix, mədəniyyət abidələrini, ətraf mühiti qorumaq kimi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməyə borcludurlar.Sonra uşaq hüquqlarının pozulması zamanı onların bərpasını təmin edən dövlət orqanlarının fəaliyyətindən söhbət açaraq uşaqları maraqlandıran sualları ətraflı cavablandırdı.Tədbirdə uşaq hüqüqlarının müdafiəsinə aid materiallardan ibarət sərgi nümayiş etdirildi. Sonda Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova şagirdləri maarifləndirici belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edərək iştirakçılara öz minnətdarlığını bildirdi.