SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii kompozisiya

07.11.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasında 38 nömrəli tam orta məktəbin 5C sinif şagirdlərinin iştirakı ilə 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Azad bir dövlətin rəmzidir bayraq” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Bayram tədbirini giriş sözü ilə açan kitabxananın böyük biblioqrafı Nəzakət Əliyeva tiştirakçıları bu tarixi gün münasibətilə təbrik edərək, Azərbaycanın dövlət bayrağının keçdiyi tarixi və şanlı yolundan, ölkəmizin müstəqillik uğrunda tarix boyu apardığı mübarizədən danışdı. Sonra 38 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Sevinc Məmmədova çıxış edərək başımız üzərində dalğalanan üçrəngli bayrağın hər bir Azərbaycan vətəndaşı üçün ali dəyər, dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, müqəddəslik rəmzi olduğunu vurğuladı. Daha sonra çıxış edən Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva bayrağa, Vətənə olan sevginin insanlara, xüsusilə gənclərə aşılanması kimi müqəddəs vəzifənin layiqincə yerinə yetirilməsində ən böyük örnəyin ulu öndər Heydər Əliyev tərəfindən göstərildiyini, bu ənənənin ölkə rəhbəri cənab İlham Əliyevin şərəflə davam etdirdiyini bildirdi. Tədbir 38 nömrəli tam orta məktəbin 5C sinif şagirdlərinin ifasında bayrağımıza, dövlətimizə həsr olunan “Azad bir dövlətin rəmzidir bayraq” adlı kompozisiya ilə sona yetdi.