SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Poeziya dəqiqələri
06.11.2019-cu il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi Dövlət Bayrağı Günü ilə əlaqədar “Öpdüm kölgən düşən mübarək yeri” adlı poeziya dəqiqələri keçirmişdir. Tədbir Dövlət Himninin səsləndirilərək iştirakçıların birgə ifası ilə başladı. Sonra Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova tədbirdə iştirak edən 42 nömrəli məktəbin şagirdlərinə Dövlət bayrağı günündən bəhs edərək bildirdi ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin iclasında Hökumətin sədri Fətəli xan Xoyskinin məruzəsi əsasında qəbul edilmişdir. Cümhuriyyətin Dövlət bayrağı 1920-ci ildə Aprel işğalı nəticəsində ləğv edilsə də, 1988-ci ildə Azərbaycan xalqının istiqlal mübarizəsi, Azadlıq hərəkatı başlandıqda, yenidən qaldırıldı.1990-cı il noyabrın 29-da “Azərbaycan SSR adının və dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verildi və 1991-ci il fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiq olundu. Sonra şagirdlər bayrağa, Vətənə həsr edilmiş müxtəlif şeirlər söylədilər.