SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Ədəbi-bədii gecə
05.11.2019-cu il tarixdə 16 saylı tam orta məktəb və Gənclər Kitabxanasının birgə təkilatçılığı ilə 16 saylı tam orta məktəbdə Dövlət Bayrağı Günü münasibətilə “Ruhumuz qədər əziz, Vətən qədər müqəddəs” adlı ədəbi-bədii gecə keçirilmişdir. Sumqayıt Poeziya evinin direktoru, şair İbrahim İlyaslı, məktəbin pedaqoji və şagird kollektivinin iştirakı baş tutan tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Üçrəngli dövlət bayrağımız təntənəli musiqi sədaları altında səhnəyə gətirilmişdir. Tədbiri giriş sözü ilə 16 saylı məktəbin kitabxana müdiri Sudakət Əliyeva açaraq bayrağın dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq, bir sözlə, müqəddəslik rəmzi olduğunu vurğulayıb. Sonra məktəbin tarix müəllimi Qasımova Gülnar dövlət bayrağımızın çətin və keşməkeşli tarixindən, bayrağımızın simvollarının mənalarından, Cümhuriyyət qurucularının fədakarlığından ətraflı məlumat verilmişdir. Söz aparıcılara verilib. Aparıcılar tədbir boyu tarixi gün haqqında danışıb,dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrətinin rəmzi olduğu vurğulanıb. Qonaq qismində dəvət edilən Sumqayıt Poeziya evinin direktoru şair İbrahim İlyaslı ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkərək, yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışıb. Sonra Vətənə həsr etdiyi şeir söylədi. Gənclər Kitabxanasının müdiri Sona Eminova dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulamış, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulamış, məktəbin rəhbərliyinə şagird və müəllim kollektivinə dərin təşşəkkürünü bildirmiş və Dövlət Bayrağı günü münasibətilə təbrik etmişdir. Daha sonra tədbir şagirdlərin ifasinda Vətən, Bayraq və torpaq haqqında şeir,mahnı və bayraq haqqında videolarin göstərilməsiylə davam etdi. Sonda məktəbin direktoru Niyaz Süleymanov Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd edib.Və belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb. Tədbir “Ulu torpaq” mahnısının sədaları altında başa çatmışdır.