SumgaitLibrary

+994 186520087


Şifahi məlumat

04.11.2019-cu il tarixdə Gənclər Kitabxanasında oxucu fəallarının iştirakı ilə Azərbaycan Televiziyası və Radiosu Günü ilə əlaqədar “Nəsillərin həyat müəllimi” adlı şifahi məlumatlandırma keçirilmişdir. Multimediya mütəxəssisi Sürəyya Əbdürrəhmanova Azərbaycan Dövlət Televiziya və Radiosunun keçdiyi inkişaf yolundan danışıb, cəmiy-yətimiz üçün əhəmiyyəti vurğulanıb. S.Əbdürrəhmanova bildirib ki, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Televiziyanın qarşısında yolu da məhz radio açıb. Radiodan 30 il sonra, 1956-cı il fevralın 14-də televiziya tamaşaçıların görüşünə gəlib. Hər iki tarix xalqımızın siyasi və mədəni həyatında böyük yenilik kimi yadda qalıb. Teleradio xalqımızın siyasi dünyagörüşünün formalaşmasına, mənəvi-mədəni həyatının yüksəlməsinə xidmət edib, onun ictimai-siyasi ideyalarının, yüksək əxlaqi dəyərlərinin, arzu və istəklərinin ifadəçisinə çevrildiyi vurğulanıb.