SumgaitLibrary

+994 186520087


Monoloqlar müsabiqəsi

04.11.2019-cu il tarixində S. Vurğun adına Mərkəzi kitabxana görkəmli şair, nasir, dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar monoloqlar müsabiqəsi keçirdi. Tədbiri giriş sözü ilə açan Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva vurğuladı ki, C.Cabbarlı qısa bir ömür yaşasa da, zəngin və çoxistiqamətli yaradıcılıq yolu keçib.Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-ssenarist, “Zərdabi” mükafatı laureatı - Hafiz İmamnəzərli, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, Sumqayıt Dövlət Dram Teatrın aktrisası, respublikanın əməkdar artisti Fənarə Musayeva, Sumqayıt Dövlət Dram Teatrın aktyoru Akif Mirzəyev, Sumqayıt MKS-in direktoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi Yeganə Əhmədova, Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Pərvin Rəsulov kimi tərkibdə münsiflər heyəti iştirak edirdi. Tədbirdə iştirakçıların ifasında monoloqlar dinlənildi. Mərkəzi Kitabxananın Uşaq şöbəsinin oxusu Qurbanov Müzəffər, Nizami Gəncəvi adına Kitabxana klubun oxucusu Hacıyev Araz I yer, M. Rəsulzadə adına kitabxananın oxucusu Cavidan İsmayıl, İncəsənət şöbəsini oxucusu Hüseynli Ayan II yer, Mərkəzi Uşaq Kitabxanasının oxucusu Qasımzadə Gülgün, Ə.Vahid adına kitabxana filialın oxucusu Məmmədova Adilə III yer tutdular.