SumgaitLibrary

+994 186520087


Güloğlan Dünya - 70

02.11.2019-cu il tarixində Sumqayıt Yazıçılar Birliyinin və Nizami Gəncəvi adına Kitabxana Klubun təşkilatçılığı ilə ədəbi mühitdə özünə məxsus yeri olan şair Güloğlan Dünyanın 70 illiyi ilə əlaqədar “Əbəs yerə yaşamadım bu ömrü” adlı tədbir keçirilmişdir. Tədbiri Kitabxana Klubun müdürü Zərnigar Babayeva açaraq iştirakçıları salamladı. Aparıcı SYB-in sədri Gülnarə Cəmaləddin şairin yaradıcılığından geniş məlumat verdi. Qeyd edildi ki, şairin şeirlərində vətən sevgisi, bu sevgidən yaranan ağrı –acılar, ana məhəbbəti, təbiət gözəlliklərinin bədii tərənnümü haqsızlığa qarşı barışmazlıq əsas mövzu təşkil edir.Tədbirdə SDU-nun dossenti Elza Məhərrəmova şairin yaradıcılığından söz açdı. 28 saylı məktəbin şagirdləri –Aslanova Cəmilə”Bayrağım”, Qılıncova Fatimə ”Azərbaycan Əsgəri”, kitabxananın əməkdaşı Hacıyeva Mətanət ”Qazilər arasında” şerini söylədilər.Oxucuların bütün suallarını ətraflı cavablandıran şair tədbirə görə kitabxana kollektivinə minnətdarlığını bildirdi.