SumgaitLibrary

+994 186520087


Viktorina

01.11.2019-cu il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi Sumqayıtın 70, Uşaq şöbəsinin 50 illik yubileyi ilə əlaqədar “Şəhərimizi yaxından tanıyaq” adlı viktorina keçirmişdir. Tədbir Dövlət Himninin səsləndirilərək oxucuların birgə ifası ilə başlandı.Sonra Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Uşaq şöbəsinin böyük multimedia mütəxəssisi Zübeydə Məmmədova Sumqayıt şəhərinin 70, Uşaq şöbəsinin 50 illiyinin qeyd edilməsinin əhəmiyyətindən bəhs edərək iştirakçılara Sumqayıtın qurucuları, tarixi keçmişi, əmək veteranları, Sosialist Əmək Qəhrəmanları, şəhidləri,ədəbi mühiti ilə bağlı müxtəlif suallar ünvanladı. İştirakçılardan sualların cavablandırılmasında fəallıq göstərən Fidan Vəliyeva 1-ci, Vaqif Əliyev 2-ci, Ayxan Ağazadə 3-cü yerə layiq görüldü.Qaliblər fəxri fərmanla təltif edildilər. Tədbir iştirakçıları həm də “Yaş ötdükcə cavanlaşan Sumqayıt” başlıqlı sərgi ilə də tanış oldular.