SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

31.10.2019-cu il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda Beynəlxalq Uşaq Hüquqlarının müdafiəsi aylığı çərçivəsində “Mən və mənim hüquqlarım” başlıqlı informasiya saatı keçirilmişdir. Tədbiri kitabxanaçı Sadıxova Ayna açaraq mövzu ilə əlaqədar oxuculara "Uşaq hüquqları toxunulmazdır" mövzusunda mühazirə edərək bildirdi ki, uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Sonda tədbir iştirakçıları “Biz xoşbəxt uşaqlarıq” başlıqlı sərgi ilə tanış oldular. Kitabxanaçı sərgidə olan materiallar haqqında oxuculara geniş məlumat verdi.