SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

30.10.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi kitabxana 5 saylı orta məktəbdə görkəmli dramaturq, nasir Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibəti ilə “Bahar oğlu” başlığı altında ədəbiyyat saatı keçirdi. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın multimedia mütəxəssisi Əliyeva Mətanət açaraq Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında məlumat verdi. O, öz çıxışında vuruğuladı ki, Azərbaycanın ədəbi həyatında, teatr səhnəsində böyük rolu olmuş Cəfər Cabbarlı ədəbiyyata şeirlə gəlmiş və ilk şeirləri 1911-ci ildə "Həqiqəti-Əfkar" qəzetində dərc olunmuşdu. 1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi" və ya "Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan əsərlərini qələmə almış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir.Sonra isə Abonement şöbəsinin böyük mütəxəssisi Bela Quliyeva Cəfər Cabbarlının sərgidəki kitablarından xülasə vermişdir.