SumgaitLibrary

+994 186520087


“Sumqayıt- 70"

25.10.2019-cu il Poeziya evində S.Vurğun adına Mərkəzi kitabxana və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə “Sumqayıt- 70″ və “Xatırlasaz…xatırlansam” layihələri çərçivəsində Sumqayıt ədəbi mühitinin formalaşmasında əvəzsiz xidmətləri olan Xasay Cahangirov,Vaqif İbrahim və Gülbala Mehdi yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Sonra söz tədbirin aparıcısı Əşrəf Veysəlliyə verilib.Əşrəf Veysəlli dövrdaşları,dostları olan şairlərin şeirləri ilə məclis iştirakçılarını salamlayıb. Əməkdar mədəniyyət işçisi, şair Əşrəf , filologiya elmləri doktoru,professor Rafiq Yusifoğlu, AYB Qubadlı Regional bölməsinin sədri Namiq Məna, Xasay Cahangirov adına ədəbi dərnəyin rəhbəri Solmaz Cahangirova,Əməkdar jurnalist Rəhman Orxan, Əməkdar artist Əli Nur, “Dübrar” ədəbi məclisinin sədri Nəcməddin Mürvətov, şair Vaqif Ələzli, Firdovsi Ələmdar,Çingiz Dalğın və digərləri çıxış edərək Sumqayıtın ədəbi simalarına çevrilən şairlər haqqında xatirlərini dilə gətiriblər. S.Sarvan adına Uşaq Poeziya teatrı üzvlərinin iştirakı, yazıçı-senarist Hafiz İmamnəzərlinin senarisi əsasında hazırlanan və hər üç şairin canlı obrazını özündə əks etdirən tamaşa məclisə başqa bir ovqat bəxt edib.Sonra digər məktəblilərin ifasında hər üç şairin yaradıcılığından nümunələr səsləndirilib. Sonda S.Vurğun adına kitabxananın direktoru Yeganə Əhmədova belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq tədbir iştirakçılarına təşəkkürünü bildirib.