SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

24.10.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasının təşkilatçılığı, 31 nömrəli tam orta məktəbin və Səid Rüstəmov adına 3 Nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin iştirakı ilə Sumqayıt şəhərinin yaradılmasının 70 illik yubileyi münasibətilə Əli Kərim adına Poeziya Evində “Sumqayıt – zəmanəmizin möcüzəsi” adlı ədəbi-bədii gecə keçirildi. Tədbiri giriş sözü ilə açan Mərkəzi Uşaq Kitabxanasının əməkdaşı Leyla Mahmudova ilk olaraq Xəzərin zümrüd boyunbağısı adlandırılan əfsanə dolu qədim və müasir şəhərimizin tarixi, şəhərin inkişaf mərhələləri, Azərbaycan tarixi və iqtisadiyyatında, mədəniyyətində tutduğu mövqeyi, Sumqayıtın memarlıq abidələri haqqında məlumat verdi.Tədbirdə əməkdar məsəniyyət işçisi, şair-publisist Əşrəf Veysəlli, əməkdar mədəniyyət işçisi, Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova, tanınmış yazıçı-publisist və kinossenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov, tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru İbrahim İlyaslı, əməkdar mədəniyyət işçisi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova da ölkəmizin müasir sənaye şəhərinə çevrilən Sumqayıtın güclü potensialı, yüksək ixtisaslı əmək resursları, inkişaf etmiş təhsil sistemindən, mədəni, ədəbi həyatından bəhs etdilər. Son olaraq çıxış edən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova qonaqlara, tədbir iştirakçılarına, o cümlədən tədbirdə əməyi olan hər kəsə xüsusi təşəkkürünü bildirdi.