SumgaitLibrary

+994 186520087


Kitab sərgisi

22.10.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları N.Tusi adına 12 nömrəli tam orta məktəbdə Azərbaycan Rus İcmasının təşkilatçılığı ilə böyük rus şairi, dramaturq, rəssam Mixail Lermontovun 205 illik yubileyinə həsr olunmuş “Sevirəm Qafqazı mən” adlı ədəbi-bədii gecədə kitab sərgisi ilə iştirak etdilər. Tədbir iştirakçıları ilk olaraq görkəmli şairin 205 illiyi ilə bağlı təşkil edilmiş kitab sərgisi və "Şairin bədii surəti uşaqların gözü ilə" adlı rəsm işləri ilə tanış oldular. Tədbirin əvvəlində məktəbin direktoru Reyhan Baxşiyeva təhsil, elm və mədəniyyət sahəsində Rusiya–Azərbaycan əməkdaşlığının, həyata keçirilən birgə layihələrin əhəmiyyəti haqqında danışdı və Azərbaycanda böyük rus mədəniyyətinə, ədəbiyyatına göstərilən dərin məhəbbət və ehtiramdan söz açdı. Sonra söz alan şairin ana vətəni - Penza vilayətinin Tarxanı şəhərindən gəlmiş “Lermontov Qafqazda” yürüşünün iştirakçısı olan Savoçkina Elena Viktorovna şairin həyat və yaradıcılığı haqqında məlumat verərək bildirdi ki, Lermontovun dühası bütün bəşəriyyətə məxsusdur. Taleyin cəmi 13 illik yaradıcılıq nəsib etdiyi şairin poeziya, nəsr və dramaturgiya sahəsində yaratdığı əsərlər ona dahi ədiblər sırasına daxil olmaq hüququ verib. Lermontov Qafqazda sürgündə olarkən bu yerlərdən yeni yaradıcılıq ilhamı alıb, dağları, təbiəti, burada yaşayan xalqların ənənələrini sevib və bütün bunları əsərlərində əks etdirib. Onun çıxışıTarxanı Dövlət Lermontov Muzey-Qoruğunun video görüntülərin nümayişi ilə yekunlaşdı. Sonra tədbir şagirdlərin hazırladığı bədii hissə ilə davam etdi. Məktəblilər şairin şeirlərini söylədilər, M.Y.Lermontovun əsərləri əsasında hazırlanmış səhnəciklər göstərdilər, şeirlərinə bəstələnmiş mahnıları ifa edilər. Son söz olaraq çıxış edən layihənin kordinatoru, Rus İcmasının sədr müavini Yakunina Lyubov Timofeyevna Azərbaycanda M.Lermontovun yaradıcılığına bəslənilən hörmətdən çox məmnun qaldığını bildirərək tədbirin təşkilatçılarına minnətdarlığını ifadə etdi.