SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

22.10.2019-cu il tarixində Gənclər Kitabxanasında 16 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə görkəmli dramaturq, şair və nasir Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar “Əsrin oğlu” adlı ədəbi-bədii gecə keçirilmişdir. Multimediya mütəxəssisi S.Əbdürrəhmanova böyük dramaturqun həyat və yaradıcılığı barədə geniş məlumat verib. Azərbaycan ədəbiyyatında Cəfər Cabbarlı yaradıcılığının özünəməxsus yeri və rolu olduğunu qeyd etdi. Bildirdi ki, böyük ədibin əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, Azərbaycan milli kinosunun yaranması və inkişafında müstəsna rol oynayıb.Klassik ədəbi irs zəminində yetişən ədibin milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirməsindən, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoymasından, əsərlərinin milli teatrda mühüm hadisə kimi dəyərləndirilməsindən, Azərbaycan milli kinosunun yaranması və inkişafında müstəsna rolundan danışdı. Cəfər Cabbarlının həyat və yaradıcılığından məqamları əks etdirən qısa sənədli filmin nümayişindən sonra söz məktəbin şagirdlərinə verildi. Məktəblilər ədibin "Ana”, "Ölkəm”, "Azərbaycan bayrağına”, "Oxu bülbül”, "Məhəbbət aləmi qəmdir”, "Tellər oynadı”, "Azad bir quşdum”, "Dan ulduzu” şeirlərini söylədilər.Tədbirin sonunda S.Eminova çıxış edərək dövlətimizin Cəfər Cabbarlı şəxsiyyətinə və yaradıcılığına verdiyi yüksək dəyərdən, ölkə prezidentinin yazıçının 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamasının bunun bariz nümunəsi olduğunu vurğuladı və məktəbin rəhbərliyinə və iştirakçılara öz dərin təşəkkürünü bildirdi. Sonda “Cəfər Cabbarlı-120” adlı sərgiyə baxış keçirildi.