SumgaitLibrary

+994 186520087


Bacarıqlı əllər

19.10.2019-cu il tarixində Mərkəzi Uşaq Kitabxanasının təşkilatçılığı ilə N.Tusi adına 12 nömrəli tam orta məktəbdə Beynəlxalq Kulinariya Günü münasibətilə mətbəx məişətimiz və mədəniyyətimizlə bağlı yeniyetmələrin bilik və bacarıqlarını üzə çıxarmaq məqsədilə 8A və 8B sinif şagirdlərinin iştirakı ilə “Haydı, qızlar!” adlı bacarıqlı əllər müsabiqəsi keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Səbinə Qasımova ilk olaraq Beynəlxalq Kulinariya Gününün təsis olunma tarixi, Azərbaycanda bu bayramın 2007-ci ildən etibarən hər il qeyd olunması və əhəmiyyəti haqqında məlumat verdi. Səbinə Qasımova qədim tarixi köklərə malik olan Azərbaycan kulinariyasının keçdiyi inkişaf yolu, Azərbaycanda milli mətbəx mədəniyyətinin və mədəni irsin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açaraq dövlət rəhbərliyi tərəfindən bu sahəyə böyük diqqət göstərildiyini qeyd etdi. Daha sonra Səbinə Qasımova iştirakçıları yarışmanın münsiflər heyəti, müsabiqənin şərtləri, turları ilə tanış etdi və “Şən aşpazlar” və “Şirin qoğallar” adı ilə yarışacaq komandalara qələbələr arzuladı. Hər komandada beş nəfər olmaqla yarışa qatılan qızlar “Kulinariya biliciləri”, “Kulinariya incəsənəti”, “Ləziz reseptlər”, “Nuş olsun”, “Kapitanların yarışı” mərhələlərini məıharətlə başa vuraraq öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Sonda münsiflər heyətinin yekdil qərarı ilə hər iki komanda qalib elan edildi. Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva məktəbdə yenicə istifadəyə verilmiş peşəyönüm təmayüllü siniflərin fəaliyyətə başlaması münasibətilə məktəbliləri və müdiriyyəti təbrik edərək bu pilot layihələrin zəruriliyi və əhəmiyyəti haqqında danışdı. Sonra o, hər iki komandanın üzvlərinə kitab hədiyyə etdi. Tədbirin sonunda məktəbin direktoru Reyhan Baxşiyeva, tədris işləri üzrə direktor müavini Mehriban Bayramova, təlim-tərbiyə işləri üzr direktor müavini Arzu Qasımova da çıxış edərək gənc nəsiln Azərbaycan milli kulinariyasının sirlərinə bələd olmasında bu tipli maarifləndirici tədbirin yüksək səviyyədə hazırlığı və təşkilinə görə Mərkəzi Uşaq Kitabxanasının əməkdaşlarına öz dərin təşəkkürlərini bildirdilər.