SumgaitLibrary

+994 186520087


Görüş

19.10.2019-cu il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar AJB və AYB nin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm”, “Həsəb bəy Zərdabi” “Qafqaz-Media” və “Ustad jurnalist” media mükafarları laureatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, şair, publisist Rafiq Odaya həsr edilmiş “Rafiq Oday dünyası” adlı oxucularla görüş keçirildi. Tədbiri kitabxana ilə birgə "Dəlidağ" və "Dan yeri" Ədəbi Birlikləri, "Çeşmə" Ədəbi Məclisi və Azərbaycan Aşıqlar Birliyinin Sumqayın regional bölməsi hazırlamışdır. Tədbirdə şairin qələm dostları, Sumqayıt şəhər TET Gimnaziya, 1 saylı tam orta məktəb, 14 saylı tam orta məktəb və Zəngilan rayon 5 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdi.Sonda Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri Rafiq Oday kitabxanaya Fəxri Fərman təqdim etdi.