SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

18.10.2019-cu il tarixində S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi 15 nömrəli məktəbdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü ilə əlaqədar “Müstəqilliyimiz dönməz və əbədidir” adlı informasiya saatı keçirdi.Tədbir 15 nömrəli məktəbin 2-ci sinfində keçirildi.Uşaq şöbəsinin multimedia mütəxəssisi Lalə Muradova əlamətdar gün haqqında şagirdlərə geniş məlumat verərək bildirdi ki, XX əsrin sonlarında SSRİ-nin dağılması nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir.1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir.Konstitusiya Aktında göstərilmişdir ki, müstəqil Azərbaycan dövləti 1918 -1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95 %-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs vermişdir. Sonra Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunların qəbul edilməsindən, xalqımızın uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşmasından, bu gün də müstəqilliyimizin böyük sürətlə öz inkişaf dövrünü yaşamasından bəhs etdi. Sonra şagirdlər Vətənə, azadlığa həsr edilmiş müxtəlif şeirlər söylədilər. Tədbirdə “Müstəqilliyimiz dönməz və əbədidir” adlı sərgi nümayiş etdirildi.